Ukrayna ordusu cənub sektorunda  rusların birinci müdafiə xəttini yarıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O qeyd edib ki, hazırda Ukrayna ordusu müəyyən ərazilərdə çətinliklərlə üzləşirlər.

"Yüksəkliklərdə düşmən faktiki olaraq beton mühəndis istehkamları inşa edib. Bu, təbii ki, qoşunlarımızın hərəkətini və döyüş əməliyyatlarının özünü çətinləşdirir", - nazir müavini deyib.