Avqustun 5-nə keçən gecə Kerç boğazında Rusiyanın ticarət tankerinə dəniz dronu ilə hücum edilib.

"Unikal" xəbər verir ki, lövbərdə dayanmış tanker hücum nəticəsində zədələnib. Xarici KİV-də yayılan məlumatlara görə, hücumun arxasında Ukraynanın Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri dayanır. Xüsusi əməliyyat suüstü pilotsuz aparat vasitəsilə həyata keçirilib.

Novorossiysk dəniz xilasetmə-koordinasiya mərkəzindən TASS agentliyinə bildirilib ki, tankerdə 11 nəfər olub, xəsarət alan yoxdur, yanacaq sızıntısı baş verməyib. Hazırda tankerin yedəyə alınması məsələsi həll olunur.