Xarici işlər naziri Hakan Fidan bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən fəaliyyət göstərməsi üçün atılacaq addımlar müzakirə edilib.