Şovi kurortunda sürüşmə qurbanlarının sayı yenidən artıb.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xilasedicilər fəlakət zonasında itkin düşən on yeddinci şəxsin cəsədini tapıblar.

*** 20:48

Torpaq sürüşməsi nəticəsində itkin düşən daha bir şəxsin cəsədi xilasedicilər tərəfindən Şovi kurortunda təbii fəlakət zonasında tapılıb.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 16 nəfərə çatıb. 

Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər. 

*** 19:45

Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, xilasedicilər daha 21 nəfərin axtarışlarını davam etdirirlər.

Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni respublikada matəm günü elan edib.