Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənərək mənzilə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 110 m² olan üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları, plastik pəncərə çərçivəsi 6 m² sahədə, 1 ədəd “BOSCH” markalı kondisionerin mühərriki, 1 ədəd “SHİVAKİ” markalı soyuducu yanıb.

Yanğın baş vermiş mənzil,  habelə digər mənzillər yanğından mühafizə olunub.

***22:40

Bakıda çoxmərtəbəli binada güclü yanğın baş verib. 

"Unikal" xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli binanın 9-cu mərtəbəsində mənzil yanır.