Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçmək istəyərkən 4-ü PKK terror təşkilatı üzvü olan 6 nəfərin yaxalandığını açıqlayıb.

"Unikal" xəbər verir ki, Nazirliyin "Twitter" hesabından edilən açıqlamada "Terrora və terrorçulara keçid yoxdur! Sərhəd Qartallarımız Suriyadan ölkəmizə qanunsuz keçməyə cəhd edən 6 nəfəri yaxaladı. Araşdırma nəticəsində həbs edilən şəxslərdən 4-nün PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib”-deyə qeyd edilib..