Türkiyənin Hatay vilayətinin Antakya rayonunda baş verən meşə yanğınları nəzarət altına alınıb.

"Unikal" yerli KİV-ə istinadən xəbər verir ki, yanğınların söndürülməsinə 2 təyyarə, 4 helikopter, 20 su çiləyici maşın, 2 TOMA, 4 inşaat maşını, 19 su tankeri, 9 ilk müdaxilə maşını, 18 pikap cəlb olunub.

Hatay valiliyi təxribat ehtimalını araşdırmaq üçün bölgəyə pilotsuz uçuş aparatlarının yerləşdirildiyini bildirib.

xxx

15:57

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda meşə yanğını baş verib.

"Unikal" xəbər verir ki, Taxtaköprü məhəlləsində qeydə alınan yağın bölgəsinə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, 2 yanğınsöndürmə helikopteri, 15 çiləyici maşın və 2 su çəni ilə havadan və qurudan yanğınla mübarizə davam edir.