Ölkənin hakimiyyət orqanları tərtibatçıları istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini qorumamaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham edib.

"Unikal" xəbər verir ki, Teleqram-ın bloklanması səlahiyyətli orqanların qərarı əsasında həyata keçirilib. Onlar dəfələrlə rəsmi dövlət qurumlarının məlumatlarının və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanması məsələsində əməkdaşlıq tələb ediblər”, - İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.

Ölkə vətəndaşlarının bu qərarı anlayacağına əminlik ifadə olunub.