Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin üzvləri ilə rusiyalı həmkarı Vladimir Putinin ölkəyə planlaşdırılan səfərini müzakirə edəcək.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb. Hökumətin iclası avqustun 7-də, bazar ertəsi keçiriləcək.

İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya prezidenti ilə son telefon danışığını müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.