Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

"Unikal" xəbər verir ki, muxtar respublikada keçirilən imtahanlar Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin 2 zalında təşkil olunub.

17 abituriyentin iştirak etdiyi imtahana 1 imtahan rəhbəri və 2 nəzarətçi cəlb olunub.