Mərakeşdə ölkənin mərkəzi hissəsində avtobusun qəzaya uğraması nəticəsində azı 24 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, qəza Əzilal vilayətində magistral yolda baş verib. Əyalətin qərbindəki Demnat şəhərinə gedən avtobus döngələrin birində aşıb.

Yerli rəsmilər, mülki müdafiə işçiləri və Kral Jandarmının üzvləri hadisə yerinə gəliblər. Səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.