İraq hakimiyyəti jurnalistlər üçün hamılıqla qəbul edilmiş şərtlərin istifadəsinə qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb .

Agentliyin məlumatına görə, indi İraqda işləyən bütün media “homoseksuallıq” əvəzinə  “seksual sapma” ifadəsini işlətməlidir.

Dövlət Rabitə Komissiyası jurnalistlərə “gender” ifadəsini işlətməyi də qadağan edib. Bu qadağa ondan lisenziya almış bütün təşkilatlara şamil edilir. Bu sözlərin heç bir nəşrdə və mobil proqramların yaradılması zamanı istifadəsinə icazə verilmir.

Ölkə hökumətinin sözçüsü bildirib ki, yeni qaydanın pozulmasına görə cəza hələ müəyyən edilməyib. Çox güman ki, qanunu pozanlar qadağan olunmuş sözlərdən istifadə etdiklərinə görə cərimə ödəyəcəklər.

Qeyd edildiyi kimi, İraqda eynicinsli münasibətlərə görə real cinayət məsuliyyəti nəzərdə tutulmayıb, lakin hüquq-mühafizə orqanları LGBT icmasının üzvlərini təqib etmək üçün əxlaqla bağlı məqalələrin qeyri-müəyyən ifadələrindən istifadə edirlər.