Kanada hakimiyyəti Belarusdan olan doqquz fiziki və yeddi hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirliyin rəhbəri Melani Coli sanksiyaların tətbiq olunduğunu açıqlayıb . Həmçinin iddia edilir ki, məhdudiyyətlər Belarusda davam edən insan haqları pozuntuları, habelə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına dəstək səbəbindən tətbiq  edilir .

O cümlədən, sanksiya siyahısına Daxili İşlər Nazirliyinin profilaktika idarəsinin rəisi Oleq Karazey, Belarus Milli Dövlət Teleradio Şirkətinin sədri İvan Eysmont, həmçinin Aleksey Talay, Alena Litvina, Vladimir Karanik , Aleksandr Krivets , Anna Pushkareva , Sergey və Olga Sheiman daxildir .

Məhdudiyyətlər həmçinin Belarus Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına, Müdafiə Təşəbbüsləri MMC-yə, BelOMO holdinqinə, SC 2566 Elektron Silahların Təmiri Zavodu, ATE-Engineering, eləcə də Aleksey Talai Xeyriyyə Fonduna tətbiq edilb.

Avqustun 9-da ABŞ 101 Belarus rəsmisinə və onlarla əlaqəli şəxslərə viza qadağası qoyub .