“Napoli” klubu növbəti transferini rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, Neapol klubu “Braqantino”nun braziliyalı mərkəz müdafiəçisi Natanı sıralarına qatıb.

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Napoli” bu transfer müqabilində “Braqantino”ya 10 milyon avro ödəyəcək.
Müdafiəçi “Braqantino”ya qədər “Flamenqo”da da çıxış edib.