Ekvador prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə bağlı üç günlük milli matəm elan edib.

"Unikal" xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb. 

"Fernando Villavisensionun xatirəsini yad etmək üçün üç günlük milli matəm elan edirəm", - o, bildirib.  

Bununla yanaşı, polis Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionu öldürməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. 

Gülayə Mecid