Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə əlaqədar 60 günlük fövqəladə vəziyyət elan edilib.

“Unikal” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə Ekvador prezidenti Gilermo Lasso qərar verib. 

"Mən 60 günlük fövqəladə vəziyyət elan edirəm. Bundan sonra Hərbi Hava Qüvvələri vətəndaşların təhlükəsizliyini, ölkənin əmin-amanlığını və azad və demokratik seçkiləri təmin etmək üçün ölkənin hər yerinə səfərbər edilib", - deyə Lasso bildirib.

Qeyd edək ki, prezident sçekilərinə 10 gün qalmış namizəd Villavisensio başından güllələnərək sui-qəsd qurbanı olub. Silahlı hücum nəticəsində 9 nəfər yaralanıb. Prezidentliyə namizədi öldürən şübhəli şəxs zərərsizləşdirilib. Daha 6 nəfər saxlanılıb. 

Nuranə Abbasova