Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıların lideri general Abdurahman Tçiani yeni keçid hökumətinin yaradılması haqqında fərman imzalayıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin tərkibinə 21 nazir daxildir. Təqdim olunan siyahıya əsasən, onların mütləq azlığının hərbi rütbələri var.

Xatırladaq ki, iyulun 26-da Niger Prezident Qvardiyasının üzvləri milli televiziya ilə çıxış edərək, dövlət başçısı Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını, sərhədlərin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.

Nuranə Abbasova