Görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin qızı, deputat Ketevan Dumbadze Gürcüstan Yazıçılar Evinə rəhbərlik edəcək.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin bəyanatında deyilir. 

Qanuna görə, Dumbadzenin parlamentdəki səlahiyyətlərinə payız sessiyasında xitam veriləcək. 

Ketevan Dumbadze hazırda Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədr müavini, Diaspor və Qafqaz komitəsinin üzvüdür.

1978-1983-cü illərdə Ketevan Dumbadze Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 

1977-1993-cü illərdə Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr baş redaksiyasında işləyib. Dumbadze yerli və xarici mətbuatda, dövri mətbuatda bir sıra məqalələrin, həmçinin klassik və müasir müəlliflərin tərcümələrinin müəllifidir.

Ketevan Dumbadzenin televiziya sahəsində də təcrübəsi var. 1990-2013-cü illərdə Dumbadze televiziyada bir sıra informasiya, maarifləndirici, müəllif proqramları və layihələrinin müəllifi və prodüseri olub.

Nuranə Abbasova