Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhəti pisləşib.
“Unikal” xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat yayılıb.
Qeyd olunur ki, Gürcüstanın eks-prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub, sümük iliyində problemlər yaranıb. Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər və bildiriblər ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.
Nuranə Abbasova