ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib.

"Unikal" xəbər verir ki, bu barədə The New York Times yazıb .

Tehranın humanitar məqsədlər üçün 6 milyard dollar əldə etməsi və ABŞ-ın bir neçə məhbus iranlını azad etməsi müqabilində beş ABŞ məhbusuna İranı tərk etməyə icazə veriləcək .

Qeyd olunur ki, ABŞ və İran arasında bu razılaşma ilə bağlı danışıqlar bağlı qapılar arxasında iki il davam edib.

Bundan əvvəl İranın həbsdə olan 4 ABŞ vətəndaşını ev dustaqlığına köçürdüyü məlum olmuşdu ki, bu da onların tezliklə azadlığa çıxacağını göstərə bilər. Bu barədə CNN-ə amerikalılardan birinin vəkili Jared Genser məlumat verib. Amerika vətəndaşları Siamak Namazi, Emad Shargi, Morad Tahbaz və adı açıqlanmayan daha bir məhbus ev dustaqlığı altında Tehrandakı otelə köçürülüb.