UNEC SABAH mərkəzinin 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Bu barədə  "Unikal"a UNEC-dən bildirilib.

Qeyd edilib ki, məzunlardan 14 nəfəri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 2 nəfər isə İtaliyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq.