Azərbaycan ittifaqına qarşı qara üçlük
12:24 28-03-2013
İQTİSADİYYAT
Azərbaycan-Gürcüstan-Türkiyə zərbəsi
Gürcüstanda son seçkilərdən sonra müxalifətin höküməti və parlamenti ələ almasından sonra ölkənin gələcək siyasi xətti ilə bağlı şübhələr artmağa başladı. Gürcüstan prezidenti Saakaşvili qərb siyasəti yürüdüb,qısa müddətdə NATO-ya üzv olmaq xətti tutmuşdusa, baş nazir İvanişvili bunun tam əksi olan xətt tutdu.İlk gündə verdiyi bəyanatlarda bəyan etdi ki, Rusiya ilə münasibətləri qaydaya salmaq niyyətindədir və tezliklə NATO-ya üzv olmağı düşünmədiyini bildirdi. Bu isə qərb dünyasında ciddi siqnal kimi qəbul edildi və gözləmə mövqeyi tutuldu. İndi isə deyəsən qərb Türkiyənin timsalında Gürcüstanla münasibətləri aydınlaşdırmaq istəyir. Bunu da qeyd edək ki, yeni baş nazir, ABŞ-a səfər edəcəyini bildirmişdi. Amma bu günə qədər məlum səfər reallaşmır. Görünür artıq ABŞ və qərb bundan narahat olmağa başlayıb və bu səbəbdən real addımlar atılıb. Belə ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Gürcüstana rəsmi səfəri başlayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Ə.Davudoğlu rəsmi səfər çərçivəsində gürcü rəsmilərindən baş nazir Bidzina İvanişvili, parlamentin spikeri David Usupaşvili və Gürcüstan xarici işlər naziri Mayey Panjikidze ilə görüşüb. Onun, həmçinin Paatoy Zakareishvilinin reinteqrasiyası ilə bağlı Gürcüstan dövlət naziri ilə də görüşü gözlənilir.
Məlumatda deyilir ki, görüşlər çərçivəsində Türkiyə-Gürcüstan arasında ikitərəfli əməkdaşlıq proqramı müzakirə edilib. Eyni zamanda Gürcüstanın NATO-ya daxil olması üçün Türkiyənin dəstəyi məsələsi müzakirə obyekti olacaq.Qeyd edək ki, Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. Maraqlıdır, bu görüşdə əsas prinsipial hansı məsələlər müzakirə oluna bilər? Müşahidəçilər hesab edir ki, bu gün qərb üçün və ABŞ üçün ümdə məsələ Rusiyanın regiona təzyiqinin qarşısını almaqdır. Belə ki, hazırda Rusiya yeni təkliflə çıxış edib və possovet ölkələrini Ümumigömürük İttfifaqına üzv etdirməyə çalışır. Belə bir ittifaqın yaranması isə sözsüz ki, normal qəbul edilmir və analitiklər hesab edir ki, Rusiya bu yolla sovetlər birliyini bərpa etmək istəyir. Bunu da xatırladaq ki, hazırda Rusiya ittifaqın yaranması üçün əsasən Gürcüstana, Azərbaycana və Ukraynaya ciddi təzyiqlər edir. Ermənistan isə artıq ittifaqa qoşulacağını bəyan edib. Belə bir ərəfədə Gürcüstanında ittifaqa meyillənməsi faktiki regionun qərb üçün itirilməsi olacaq. Qərb isə bununla razılaşa bilməz və bu səfər çərçivəsində Türkiyə Gürcüstandan qarrantiya istəyəcək. Çünki Azərbaycandan fərqli olaraq Gürcüstanın məsələyə yanaşması hələ tam məlum deyil və buda narahatçılıq yaradır. Ekspertlər hesab edir ki, buna görə qərb çalışacaq ki, Gürcüstan-NATO əlaqələrini daha da dərinləşdirsin və bu yolla Rusiyanı neytrallaşdırsın. Düzdür, qərb istəyər ki, Azərbaycanın NATO ilə əlaqələri daha çox inkişaf etsin. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, NATO-ya qoşulmaq niyyətində deyillər və belə olan halda ümid yalnız Gürcüstana qalır. Bu səfər çərçivəsində digər müzakirə olunası məsələ sözsüz ki, Bakı-Qars dəmiryol xətti məsələsi olacaq. Qeyd edək ki, İvanişvili baş nazirliyinin ilk günlərində bu dəmir yol xəttinə etirazını bildirmişdi və bəyanlamışdı ki, Rusiya-Gürcüstan dəmir yol xəttinin açılmasına daha çox maraq göstərir. Bu isə kifayət qədər riskli bir bəyanat idi. Ekspertlər bildirirlər ki, başqa mühüm məsələlərdən biri də ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması məsələsi olacaq. Hazırda Azərbaycan NATO qoşunlarının çıxarılması üçün öz bazalarından istifadəyə icazə verib. Amma məlum olur ki, ABŞ Azərbaycanla yanaşı Gürcüstanında bazalarından istifadə etmək niyyətindədir və bu regionda NATO-nun gücünün artması demək olacaq. Müşahidəçilər bildirir ki, Gürcüstan,Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin birgə görüşü həm də üç dövlətin strateji əməkdaşlığını daha da dərinləşdirəcək və bu üçlüyü indidən Rusiyaya qarşı güc kimi dəyərləndirmək olar. Bunu da qeyd edək ki, Rusiya bu görüşdən çox narahatdır və yəqin ki, əks addımlar atılacaq. Bu addım isə Rusiya-Ermənistan əməkdaşlığının dərinləşməsi və nəticədə Rusiya-Ermənistan-İran üçbucağının şahidi olacağıq.
Tural Əliyev
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42