İran islamçıları aktivləşdirdi
12:41 28-03-2013
İQTİSADİYYAT
İslam partiyası yenidən oyuna cəlb edildi
Prezident seçkiləri yaxınlaşdıqca ölkədaxili və xarici qüvvələrində aktivliyi müşahidə edilməyə başlayır. Və bəzən bu aktivlik kifayət qədər təhlükələrdə yaradır. Elə bir müddət öncə Rusiyanın aktivləşməsi və Azərbaycan hakimiyyətinə qarşı “Milyarderlər İttifaqı”nın yaradılması da bunun bariz nümunəsi idi. Yarandığı gündən hakimiyyətə qarşı sərt bəyanatlarla çıxış edən bu qüvvələr hətta Azərbaycanda keçiriləcək prezident seçkilərində də öz namizədləri ilə iştirak etməyə cəhd etdilər. Amma ölkə daxilində siyasi dəstək ala bilməyən Kreml funksionerləri bir sıra korrektələr etməyə başladılar. İndi ehtimal edilir ki, Kreml ölkədə ki, müxalifət partiyalarından biri ilə əməkdaşlığa cəhd edəcək və yəqin ki, güc olaraq ortaya çıxmağa çalışacaqlar. Bunu da qeyd edək ki, bu ittifaq yaranandan sonra bəzi müxalifət partiyaları da onlarla əməkdaşlığa maraq göstərdilər və çox ehtimal ki, yaxın aylarda daha konkret addımların da şahidi olacağıq. Bu arada aydın oldu ki, İranda hadisələrə təsir etməyə çalışır və bu səbəbdən Azərbaycanda onlara bağlı olan qüvvələri aktivləşdiriblər. Elə İslam partiyasının bu günlərdə bəyanatla çıxış etməsi də buna misal ola bilər. Belə ki, Azərbaycan İslam Partiyası bu il keçiriləcək prezident seçkisi ilə bağlı bəyanat yayıb.Bəyanatda dindarlara çağırış yer alır: “Torpaqlarımız işğal altındadır. Cəmiyyətimizdə isə obyektiv danışanlar, nöqsanları tənqid edənlər həbsə alınır. Düşmənə qarşı əndazəsiz səbr, imanlı insanlara, mənəvi keyfiyyətlərin daşıyıcılarına qarşı isə dözümsüzlük göstərilir. Bu ziddiyyəti yalnız əxlaqlı və ədalətli seçki keçirməklə aradan qaldırmaq olar.
Ötən 20 il ərzində hazırkı iqtidarda təmsil olunanlar böyük ümidləri doğrultmadılar. Vətənimiz yenə düşmən tapdağı altında, sərvətimiz talanmaqdadır. Xalq mutiliyə, ələbaxımlığa sürüklənməkdədir. Onu bu bəlalardan qurtarmağın vaxtı yetişib. İllər belə bir qüvvəni yetişdirib. Bu qüvvə ölkə qanunlarına, konstitusiyasına, milli-mənəvi, dini dəyərlərə ehtiram və hörmətlə yanaşan, əməli fəaliyyətində bunları ləyaqətlə icra edən əqidə sahibləri – islamçılardır. Məhz Azərbaycan İslam Partiyasının prezident seçkisinə qatılmaqda məqsəd və məramı cəmiyyətimizə yaxşı işləri təbliğ və təlim etmək, pislərdən onu uzaqlaşdırmaq və onları tərk etdirməkdir. Qələbə bizimlədir, ey möminlər! Birləşin!”. Maraqlıdır, İslam partiyasının belə sərt bəyanatla çıxış etməsi hansı fəsadları yarada bilər? Ekspertlər hesab edir ki, İslam partiyası 1995-ci ildə tutduğu mövqeni yenidən təkrarlamaq istəyir. Belə ki, həmin illərdə İslam partiyası Azərbaycanda hakimiyyəti ələ keçirtmək üçün konkret addımlar atmışdı və bu prosesin arxasında İranın durduğu açıq-aydın görünürdü. Amma həmin vaxt, mövcud hakimiyyət daha konkret addımlar atdı və İslam partiyasının İranla gizli iş birliyi ortaya çıxarıldı. Aydın oldu ki, partiyanın siyasi xətti, maliyyəsi bütövlükdə İran tərəfindən müəyyənləşdirilir. Bundan sonra partiyanın fəaliyyəti yasaqlandı. Bu gün isə İslam partiyası yenidən meydana atılıb.Aparılan araşdırmalar sübut edir ki, əsasən dini baxımdan zəif insanları ətrafına toplamağı bacaran İslam partiyası bu gündə açıq şəkildə İranı dəstəkləyir və İranla Azərbaycan münasibətləri gərginləşən kimi bu qüvvələr hərəkətə keçir. Bir müddət öncə hicab problemi ortaya çıxanda da aydın oldu ki, İslam partiyası ətrafına müəyyən qüvvələr toplaya bilib və onlar üçün İranın maraqları daha önəmlidir. Ekspertlər hesab edir ki, mövcud hakimiyyət bunu dəyərləndirməli və konkret addımlar atılmalıdır. Çünki verilən bəyanatlarda əslində bir inqilab çağırışı var və bu zədəsiz sona çatmayacaq. Bundan başqa mütəxəssislər bildirir ki, ərəb ölkələrində olan inqilablardan sonra dindarların hakimiyyətləri ələ keçirtməsindən ruhlanan İran digər ölkələrdə də islamçıların aktivləşməsinə, bununla da öz maraqlarını həyata keçirtməyə çalışdıqları ortaya çıxır. Bunu da qeyd edək ki, İran hazırda ciddi iqtisadi sanksiyalarla üz-üzə qalıb və hesab edilir ki, İranla sərhəd ölkələrdə siyasi gərginlik nə qədər çox artarsa İranda bir o qədər manevr etmə imkanları qazanar. Məhz buna görə də Azərbaycanda İslam partiyasının yenidən aktivləşməsi prosesinə start verilib. Amma buda məlumdur ki, artıq cəmiyyət İslam partiyasının İranla bağlılığını bilir və bu səbəbdən onların kütləviləşməsi inandırıcı deyil. Buna baxmayaraq hakimiyyət din təhlükəsini nəzərə almalı və real addımlar atmalıdır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55