İlhamə Quliyeva DAK-ın Rusiya rəhbərinə 35 min dollar “atıb”
13:33 28-03-2013
ŞOU
İlhamə Quliyeva: “Mirəşrəf Fətiyevin bu yazıdan xəbəri də yoxdur”
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada yaşayan iş adamı Mirəşrəf Fətiyev xalq artisti İlhamə Quliyevanı məhkəməyə verməyə hazırlaşır.
M.Fətiyev APA-ya göndərdiyi açıqlamada iddia edir ki, 2007-ci ildə İlhamə Quliyeva evini təmir etdirmək adı ilə ondan 35 min ABŞ dolları borc pul alıb, amma bu günə kimi həmin pulu müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır: “İlhamə Quliyeva təxminən beş il bundan əvvəl Moskvada olarkən mənə müraciət edərək bildirdi ki, maddi vəziyyətinin ağırlığı üzündən öz mənzilini təmir etdirə bilmir. Mən də bir azərbaycanlı kimi axırıncının xahişi ilə ona 35 min ABŞ dolları borc verdim. İlhamə bildirdi ki, bir-iki ay ərzində həmin pulları qaytaracaq. Həmin müddət keçdikdən sonra İlhamə əvvəlcə anasının xəstə olmasını, sonra isə onun vəfat etməsini bəhanə gətirərək borc aldığı pulları qaytarmırdı. Mən də axırıncının bəhanələrinə inandığım üçün ilk vaxtlar onu tələsdirmirdim. Bir müddət sonra bunların bir bəhanə olduğunu başa düşdüm. Çünki İlhamə təxminən bir ildən sonra mənim telefon zənglərimə cavab verməkdən və mənimlə görüşlərdən yayınır, qaçıb gizlənirdi”.
M.Fətiyev açıqlamasında bildirib ki, Azərbaycan dövləti və xalqı yolunda milyonlar da xərcləməyə hazır və qadirdir: “Ancaq xalq artisti adını daşıyan bir şəxsin belə hərəkətlərini heç vaxt bağışlamaram. Hamının nəzərinə çatdırıram ki, bu məsələnin qanuni yolla həlli üçün yaxın vaxtlarda Azərbaycana gələrək məhkəməyə müraciət edəcəyəm”.
Xalq artisti İlhamə Quliyeva isə APA-ya açıqlamasında Mirəşrəf Fətiyevin iddialarını təkzib edib: “Mən Mirəşrəf Fətiyevi uzun illərdir ki, çox yaxşı tanıyıram. İctimai xadimdir. Bu söhbətin hardan və nədən qaynaqlandığını gözəl bilirəm. Ağ yalandır. Mənim kimliyim hamıya bəllidir. Bu şər-böhtanın nöqtəsini qoymağı bacaracağam. Qəti deyirəm ki, elə bir şey həyatımda yaşanmayıb. Onu da bilirəm ki, Mirəşrəf Fətiyevin bu yazıdan xəbəri də yoxdur”.
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00