Türkiyə Müdafiə Nazirliyinin Liviyanın şərqindəki Əl-Xums limanını icarəyə götürməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. 

“Unikal” xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Liviya hökumətinin nümayəndəsi Məhəmməd Hamuda deyib.

Bundan əvvəl TGRT kanalı Türkiyənin Liviya limanını 99 il müddətinə icarəyə götürdüyünü, burada pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə öz hərbi bazasını yerləşdirməyə hazırlaşdığını bildirib.

Hamuda yayılan məlumatların yanlış olduğunu vurğulayıb.

"Bu doğru deyil", - deyə o vurğulayıb.

***09:21

Türkiyə Liviyanın şimal-qərbindəki Xüms limanını 99 il müddətinə icarəyə götürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə sözügedən ərazidə hərbi baza yerləşdirəcək. 

Belə bir addımın Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini gücləndirəcəyi, Türkiyənin ərazi sularına nəzarəti artıracağı və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyi iddia edilir.

Məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Ağarza Elçinoğlu