Ötən gecə Moskvanın cənub-şərqində “Ford Mustang” markalı avtomobilini ağaca çırpan basketbolçu Boris Sprıqin saxlanılıb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, qəza zamanı sürücü sərxoş vəziyyətdə olub.

Hadisə Podolskaya küçəsində baş verib. Qəza törədən basketbolçu hadisə yerindən qaçıb. Onun 43 yaşlı rəfiqəsi xəstəxanaya yerləşdirilib.

Nuranə Abbasova