Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.

"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə fərman imzalayıb.

Ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə - noyabrın 15-dək uzadılması ilə əlaqədar Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri də ləğv ediləcək, çünki hərbi vəziyyətin qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.