İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanına bir günlük səfərə gedib.

“Unikal” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Xarici İşlər Nazirliyi Abdullahianın Səudiyyə Ərəbistanına səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif məsələlərini gündəmə gətirəcəklərini, həmçinin hər iki ölkə üçün aktual olan regional və beynəlxalq gündəlikdəki problemləri müzakirə edəcəklərini qeyd edib.

Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin yazında pisləşib. Buna səbəb Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə keçirdiyi hərbi əməliyyat olub. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumlardan sonra krallıq İranla diplomatik əlaqələri kəsib. Abdullahian son 7 ildə İranın krallığa səfər edən ilk xarici işlər naziri olub.

Nuranə Abbasova