Avstriyanın Tirol əyaləti istisna olmaqla, ölkənin bütün federal əyalətlərində salmonella epidemiyası müşahidə olunur. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  ölkənin Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Xəstəliyin Polşadan gətirilən toyuq kababının istehlakı ilə bağlı olduğu güman edilir.

"Hazırda Avstriyada şiş kababı hazırlamaq üçün istifadə edilən Polşadan gətirilən Salmonella ilə çirklənmiş toyuq əti ilə əlaqəli qida yoluxma halları var. Tirol istisna olmaqla, bütün federal ştatlarda ümumilikdə 27 nəfər xəstələnib", - bəyanatda deyilir. 

Bildirilir ki, 2023-cü ilin fevral ayından başlayaraq Avstriyada 10-64 yaş arasında olan 14 nəfər Salmonellanın spesifik ştammı - Salmonella Enteritidis ST11 CT9791 ilə xəstələnib. Ölkədə belə bir xəstəliklə bağlı sonuncu məlum hadisə 2023-cü ilin mayında qeydə alınıb.

Gülayə Mecid