Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı edam edilib. O, atasına işgəncə verməkdə və öldürməkdə təqsirli bilinib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bişoy Şərif Naci Nasifin ölüm hökmü Ər-Riyad bölgəsində icra edilib. 

Məlumata görə, Nasif atasını döyüb, daha sonra onu boğaraq öldürüb. Həmçinin, narkotik vasitələrdən istifadə edən Naci daha bir nəfəri öldürməyə cəhd edib.

Ər-Riyadda saxlanılan amerikal edam cəzası alıb.  ABŞ edamla bağlı dərhal şərh verməyib.

Gülayə Mecid