Biz açıq şəkildə bildirmişik ki, İran gələcəkdə diplomatiyanın inkişafı yolunda məkan yaratmaq üçün deeskalasiya etməlidir, lakin biz İranla heç bir razılaşmaya yaxın deyilik. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçünün müavini Vedant Patel bildirib. 

"Biz İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyimizə sadiqik və diplomatiyanı bu məqsədə çatmaq üçün ən yaxşı yol hesab edirik", - deyə siyasətçi bildirib. 

Ağarza Elçinoğlu