Rusiya aviaşirkətlərinin üç təyyarəsi - "Rossiya", "Ural Airlines" və "Nordwind" Finlandiya və Estoniyanın hava məkanını pozub.

"Unikal" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, tufan səbəbindən Kalininqraddan uçarkən təyyarələr sərhədi keçib: "Uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı yardım prinsiplərini rəhbər tutaraq Rusiya tərəfi zərurət yaranarsa, Rusiya Federasiyasının hava məkanında xarici dövlətlərin hava gəmilərinin təhlükəsiz uçuşunu təmin etməyə hazırdır".

Ağarza Elçinoğlu