Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
"Unikal" xəbər verir ki, “Dalğa Arena”da monteneqrolu yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən Həsən Nəzərli vurub.
Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyun millimizin 4:1 hesablı qələbəsilə nəticələnmişdi.