İran istehsalı olan "Tolou-3" peyki İran ilinin sonunda (19 mart 2024-cü il) orbitə çıxarılacaq.

"Unikal" xəbər verir ki, bu barədə elektron sənaye naziri, kontr-admiral Əmir Rastehari bildirib.

İran Kosmik Agentliyinin (ISA) sifarişi ilə görüntülərin qəbulu üçün nəzərdə tutulan və Iran Electronics Industries tərəfindən istehsal olunan "Tolou-3" peyki 2023-cü ildə təqdim edilib. 

Çəkisi 150 kiloqram olan "Tolou-3" İranda istehsal olunan ən ağır peyk hesab olunur.

İranın elmi şirkətlərinin avadanlıqlarına əsaslanan peyk Yer kürəsindən 500 kilometr yüksəklikdə orbitə çıxarılacaq.

Ağarza Elçinoğlu