Mərmərə dənizində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Fəlakətlərin İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, yeraltı təkanlar saat 17:43-də (Bakı vaxtı ilə 18:43) Tekirdağ şəhərinin Mərmərəqlis ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Ağarza Elçinoğlu