"Sən nə rəhbər, nə də baş komandan ola bildin".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Qarabağa "dövlət naziri" kimi göndərdiyi milyonçu Ruben Vardanyan deyib. 

O, Qarabağda qalmaqda olan separatçı rejimin başçısı Araik Arutyunyana göndərdiyi videomüraciətdə bildirib: "Yaradılan vəziyyətə görə ən böyük məsuliyyəti daşıyan Arayik Arutyunyan gec-tez ona ünvanlanan bütün suallara cavab verməli olacaq. 6 ay əvvəl vəzifədən gedəndə demişdim: əgər prezident doğrudan da döyüşməyə hazırdırsa, rəhbər və baş komandan olmağa hazırdırsa, hamımız onun yanında olmalıyıq. Təəssüf ki, siz nə lider, nə də komandir ola bildiniz.

Həftənin əvvəlində dediniz ki, istefaya gedəcəksiniz və artıq qərar vermisiniz deyə. Bunu deməyiniz ilk dəfə deyildi. Həmin görüşdə iştirak edən 8 nəfərin bir hissəsi sizin sözlərinizə inanmadı".

Ağarza Elçinoğlu