Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya gedib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, nazir MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək: "Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Rusiya Federasiyasında keçiriləcək MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya gedib".

Ağarza Elçinoğlu