Avqustun 23-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətində üç saat ərzində pilotsuz təyyarələrlə zərbələr endiriblər.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Oleq Kiperin sözlərinə görə, hücumun hədəfi mülki infrastruktur obyektləri olub.

İzmaildən - Ukraynanın Dunaydakı limanından və ətraf ərazilərdən də partlayış xəbərləri gəlib. 

Nuranə Abbasova