Dövlət uşaq müəssisələrindən 103 uşaq reinteqrasiya tədbirləri nəticəsində öz ailəsinə qaytarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.
Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.