Abbas Abbasovun qohumu həbs olundu
12:29 29-03-2013
İQTİSADİYYAT
Abbas Abbasovun qohumu həbs olundu
Son zamanlar Rusiyada yaradılan və rəsmi Kremlin sifarişlərinin icraçısı kimi qəbul edilən “Milyarderlər İttifaqı”nın fəaliyyəti geniş rezonans yaratmaqdadır. Öncələr Azərbaycanın daxili işlərinə qarışmayacaqlarını bəyan edən ittifaq üzvləri daha sonra, mövcud hakimiyyətlə bağlı sərt açıqlamalar verməyə başladılar.
İstər Söyün Sadıqov, istərsə də Rüstəm İbrahimbəyov dəfələrlə bəyanat verərək Azərbaycan hakimiyyətini sərt tənqid etdilər və Rusiyanın Azərbaycana yönəli təzyiqlərinə bir növ dəstək göstərdilər. Amma ittifaqın üzvlərindən olan baş nazirin keçmiş birinci müavini rəsmi bəyanat verərək ittifaqın Azərbaycan hakimiyyətinə dəstək verəcəyini söylədi. Bəyanatdan sonra isə Abbas Abbasov Azərbaycana gəldi və prezident İlham Əliyevlə görüşməyə müvəffəq oldu. Görüş sonrası isə bir daha bildirdi ki, prezident İlham Əliyevi dəstəkləyəcəklər və yenə də əsas vəzifələri Rusiyada yaşayan azərbaycanlıların problemlərini həll etmək olacaq. Çoxları ehtimal etdi ki, bundan sonra “Milyarderlər İttifaqı” ya fəaliyyətini donduracaq, ya da açıq bəyanatla çıxış edərək mövcud hakimiyyətlə bir yerdə olacaqlarını bir daha nümayiş etdirəcəklər. Amma görüşdən bir ay sonra aydın oldu ki, ittifaq öncə tutduğu mövqedən geri çəkilməyib. Əksinə ittifaqın üzvlərindən biri Söyün Sadıqov partiya yaratmağa başlayıb və yenə də sərt bəyanatlarını davam etdirir. Hətta məlum oldu ki, Söyün Sadıqov rəsmi Kremlin oynuna Gürcüstanda yaşayan azərbaycanlıları da qatmaq istiqamətində addımlar atır. Burdan isə iki nəticə çıxırdı. Ya Abbas Abbasov ittifaqa təsir etmək gücündə deyil, ya da hakimiyyəti dəstəkləmək kimi bəyanat verərək cəmiyyətdə çaşqınlıq yaradaraq vaxt udmaq istəyirmiş. Hələ ki, yuxarı dairələrdə belə bir rəy var ki, Abbas Abbasov sadəcə olaraq vaxt udmaq istəyirmiş. Bunu isə yuxarı dairələr Abbas Abbasova bağışlamaq niyyətində deyil. Elə dünən saat 14.00 radələrində Gəncədə baş verən olayda buna misal ola bilər. Belə ki, deyilən vaxtda bir müddət öncə həbsdə yatan, Gəncə sakini Qoçu Tofiq oğlu Quluyev Gəncənin mərkəzində özünə məxsus olan “Mercedes” markalı 20 ÇP 311 dövlət qeydiyyat nişanlı maşını ilə birlikdə Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən saxlanılıb. İdarənin əməkdaşları onun üzünə qaz vurub, başına maska keçirərək idarəyə aparıblar.
İdarədə rəis Rasim Qurbanov masanın üzərinə “Makarov” tapançası qoyaraq Qoçu Quliyevə “bu silah səndən çıxıb” deyib.
Hazırda Qoçu Quluyevin həyat yoldaşı və qohum-əqrabası Gəncə Baş Polis İdarəsinin qarşısına toplaşıblar.Amma heç bir nəticə olmayıb. Bundan sonra isə Qoçu Quliyevin həyat yoldaşı açıqlama verərək yoldaşının həbsini siyasi sifariş adlandırıb. Onun sözlərinə görə onların baş nazirin keçmiş müavini Abbas Abbasovla yaxın qohumluqları var və həbsində əsas səbəbi məhz budur. Yeri gəlmişkən bunu da qeyd edək ki, bir müddət öncə Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus gəncədə ki, ofisdə qapadılmışdı. Amma Abbas Abbasovun Bakıya gəlişindən sonra işlər qaydasına düşmüşdü. Bunu da sonda nəzərinizə çatdıraq ki, “Milyarderlər İttifaqı”nın üzvü olan şəxslərin Azərbaycandakı bizneslərinə ciddi nəzarətin olması ilə də bağlı fikirlər səslənməkdədir. Çünki qarşıdan prezident seçkiləri gəlir və yaradılan ittifaqın Kremlin sifarişi ilə ölkədə gərginlik yaratmağa çalışdıqları ehtimallaşdırılır.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00