Pakistanda hərbi konvoya terror hücumu olub.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində doqquz əsgəri ölüb, beşi yaralanıb. Bildirilir ki, motosikldə olan kamikadze özünü partladıb.

Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, aşkarlanan bütün terrorçuların məhv edilməsi üçün əməliyyat aparılır.

Pakistanın baş naziri vəzifəsini icra edən Ənvər-ül-Haq Kakar ölən və yaralanan əsgərlərin ailələrinə başsağlığı verib.