Ukrayna ordusu "Bayraktar" pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Rusiyaya məxsus kateri məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, PUA Qara dənizdə "KS-701 Tunets" tipli kateri məhv edib.

"Düşmənin altı hərbçisi məhv edilib, ikisi yaralanıb", - məlumatda deyilir.