Vətən müharibəsində qəhrəmanlıqlara imza atan igid oğullarımıza, onların ailə üzvlərinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvlərinin işlə təmin olunmasında dövlətimizin qayğısı prioritetlərdəndir.
"Unikal" xəbər verir ki, bu sahədə həyata keçirilən tədbirlər Daxili İşlər Nazirliyində də sistemli və ardıcıl xarakter daşıyır.
Şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlardan biri də işlə təmin olunmalarıdır. Zəfər qazandığımız gündən bu günə kimi 820 nəfər Vətən müharibəsi iştirakçısı və 142 nəfər şəhid ailəsinin üzvü daxili işlər orqanlarında işlə təmin olunub.