Yuxarı Şirvan kanalında meyiti tapılan şəxs balıq tutmaq istəyərkən ölüb.
“Unikal” xəbər verir ki, əslən Kəlbəcərdən olan 28 yaşlı Goranboy sakini Daşqın Bəxtiyarov Şirvan kanalında balıq tutmaq istəyərkən kanala düşərək batıb.
Əməliyyat axtarış tədbirləri nəticəsində mərhumun meyiti Ağdaşın Bulaqotağı kəndin ərazisindən çıxarılıb.
Daşqın Bəxtiyarov 2 uşaq atası idi.