Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasının təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə  yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, M.Badalyan, A.Gevorkyanla birlikdə daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan feysbukdakı səhifəsində yazıb ki, onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq silah əldə etmə, satma, saxlama, daşıma, çatdırma maddələri ilə saxlanılıblar.

Faktla bağlı istintaq qrupu yaradılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar, onlar Ermənistan İstintaq Komitəsindədirlər. Rusiyanın Ermənistandakı səfirliyi açıqlama yayaraq, Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasının narahatlıq doğurduğunu bildirib.

Mika Badalyan daha əvvəl İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl isə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı.

20:15

Rusiyayönümlü bloger Mika Badalyan və Sputnik Armenia radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar.

"Unikal" Sputnik Armeniaya istinadən xəbər verir ki, hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirib.Faktla bağlı istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi barədə məlumat verilmir.

Mika Badalyanın “İrəvanda və onun hüdudlarından kənarda terror aktları hazırlanır” haqqında yalan məlumat yaydığına görə həbs edildiyi, daha sonra zaminə buraxıldığı ildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda saxlanlan rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirib. O, teleqram kanalında Badalyan və Gevorkyanın saxlanılmasını İrəvanda Erməni-Rusiya media forumun keçirilməsinə qarşı təxribat adlandırıb.

"Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb", - deyə Zaxarova yazıb.

Rusiya XİN sözçüsü onu da qeyd edib ki, o, ümumbəşəri azadlıq şüarları ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.

19:03

Rusiyayönlü bloger və fəal Mikael Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mikael Badalyan hadisədən bir gün öncə "Sputnik" radiosunda verilişlərdən birində iştirak edib.

O, veriliş zamanı Ermənistan hökumətinə qarşı sərt ittihamlar irəli sürüb.