"Putin G20 sammitinin iştirakçılarına videomüraciət ünvanlamağı planlaşdırmır, görüşdə bütün işləri Lavrov aparacaq".

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Rusiya Federasiyası ABŞ-ın sanksiyaya məruz qalan iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün göndərmək qərarını qanunsuz hesab edir. Ukraynanın tükənmiş uran mərmilərindən istifadəsinin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək. Rusiya Federasiyasının xaricdəki pul vəsaitlərinin qanunsuz tutulmasının hər bir halı ciddi məhkəmə araşdırmalarına səbəb olacaqdır", - o vurğulayıb.

Peskov ABŞ-Ermənistan təlimlərinə də yenidən münasibət bildirib.

O qeyd edib ki, Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir:

"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan İrəvan və Bakı arasında nizamlanma üzrə ciddi işləri davam etdirir".