Kanadanın xarici işlər naziri oktyabrda Ermənistana səfər edəcək və İrəvanda səfirlik açacaq.

"Unikal" xəbər verir ki,bu barədə Kanadanın Ermənistandakı səfiri Alison Mari Le Kler baş nazir Nikol Paşinyanla görüşündə deyib. Belə ki,  Kanadanın xarici işlər naziri Melani Coli oktyabrda Ermənistana səfər edəcək və burada İrəvanda səfirliyin açılış mərasimində iştirak edəcək. 

Baş nazir Kanadanın demokratik islahatların səmərəli həyata keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, həmçinin Ermənistanda səfirliyin açılmasının vacibliyini qeyd edib və bunun iki ölkə arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib.