Türkiyənin Kırklareli bölgəsinin İğneada mahalında təsirlənən sel fəlakətində itkin kimi axtarılan son şəxsin cansız cəsədi də tapılıb.

"Unikal" xəbər veirr ki, bununla da şəhərdə seldə həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Daşqının ilk saatlarından bu yana AFAD, Sahil Mühafizəsi, jandarma, Türkiyə Silahlı Qüvvələri, komando birlikləri, İl Xüsusi İdarəsi, Milli Tibbi Xilasetmə, Polis Axtarış kimi 900 nəfərin apardığı axtarışlarda itkin düşən 12 nəfərdən 6-sı xilas edilib. Həkim Selman Bağışlar və həyat yoldaşı Mihriban Bağışlar, Suna Duman, Ümit Solmaz və Raile Şimşəkin cəsədləri tapılıb.