Avropa Şurasının sədri Şarl Mişel daşqınların baş verdiyi Yunanıstan, Bolqarıstan və Türkiyəyə kömək etməyə hazır olduqlarını bəyan edib.

"Unikal" xəbər verir ki,Avropa İttifaqı ( Aİ ) Şurasının sədri Çarlz Mişel sosial şəbəkədəki paylaşımında Yunanıstan, Bolqarıstan və Türkiyədə baş verən daşqın görüntülərinin ürəkağrıdıcı olduğunu bildirib.

"Ehtiyacınız olarsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik" deyə Mişel bildirib.

Seldə həyatını itirənlərin ailələri və hər şeyini itirən qurbanlar üçün kədərləndiyini deyən AŞ sədri, "AB sizinlədir. Əgər ehtiyacınız varsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik"- deyə qeyd edib.