Dubayın "Aerogulf" aviadaşıyıcısına məxsus Bell212 helikopteri dənizə düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza gecə təlim uçuşu zamanı baş verib. Təyyarədə Misir və Cənubi Afrikadan olan iki pilotun olduğu qeyd edilib.

Axtarış-xilasetmə qrupları helikopterin qalıqlarını çıxarıb, ekipajın axtarışları davam edir. Xüsusi qrup qəza yerindədir. 

Ağarza Elçinoğlu